Bu yolun hərəkət hissəsi çökə bilər

Bu yolun hərəkət hissəsi çökə bilər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının əməkdaşları tərəfindən Bakı dairəvi yolunda çökmə baş vermiş əraziyə baxış keçirilib.

Ekspedisiyanın dəstə rəisi Rafiq Həsənov APA-ya bildirib ki, yolun dəmir arakəsmələr yerləşən sahəsində təxminən 30 metrin 6-7 metrə ölçüsündə çökmə prosesi baş verib.

Onun sözlərinə görə, bu, ekzogen-geoloji proses kimi qiymətləndirilmir: "Yol genişləndirilən zaman istinad divarı tikilib. Tökmə torpaq qatı ilə yol genişləndirilib. Tökmə torpaq qatı yuyulub gedib, ərazidə 20 sm qalınlığında tökmə torpaq qatı çöküb”.

R. Həsənov qeyd edib ki, yolun hərəkət hissəsində eni 2 sm ölçüsündə çatlar əmələ gəlib: "Proqnoza görə, atmosfer yağıntılarının təsirindən çatların genişlənməsi və yolun hərəkət hissəsinin çökməsi təhlükəsi yarana bilər”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az