Türkiyə ordusunun PKK və İŞİD-ə qarşı böyük hərbi əməliyyatlarının başlayacağı tarix açıqlanıb.
Bu barədə Radikal qəzetində nəşr edilən məqalədə deyilir.
Qəzet Türkiyə Silahlı Qüvvələrində olan yüksək rütbəli mənbəsinə istinadən xəbər verir ki, PKK düşərgələri bombardman edilsə də, bu, Türkiyə ordusunun əsas hədəfi deyil.
"PKK son hərbi əməliyyatlarla hədələnir, əsl hədəf isə İŞİD-dir. Terrorçulara qarşı böyük hərbi əməliyyatların başlanması üçün ABŞ döyüş təyyarələrinin Türkiyədə yerləşən "İncirlik" hərbi bazasına gəlməsi gözlənilir. 30 ədəd F-15, F-16 qırıcısı Böyük Britaniyadan və Almaniyadakı hərbi bazalardan Türkiyəyə gələcək. Qırıcılar gələn kimi hərbi əməliyyatlara strart veriləcək", deyə yüksək rütbəli mənbə bildirib.
Bundan başqa qəzet yazır ki, ordunun terrorçulara qarşı böyük hərbi əməliyyatları yeni Baş Qərargah rəisinin təyin olunması və onun qərar verməsi ilə başlanacaq.
"Əməliyyatlar iki həftə ərzində də başlaya bilər. Bu qərarı Necdet Özelin yerinə gələcək yeni Baş Qərargah rəisi verəcək. Bəs. niyə uzadılır? Çünki ABŞ-ın F-15 və F-16 döyüş təyyarələri, ən azı iki ədəd "Reaper” pilotsuz uçan aparatın "İncirlik" hərbi bazasına gəlişi gözlənilir"
Türkiyə Silahlı Qüvvələrindəki yüksək rütbəli mənbə bildirib ki, ordu terrorçulara qarşı böyük əməliyyatların başlanmasına tam hazırdır. (ans)
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev
"Türkiyədə Azərbaycan əleyhinə danışmazdan əvvəl iki dəfə düşünməlidirlər" - Deputatdan MESAJ
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi