Can üstündə olan məşhurların ölümqabağı son sözləri

Can üstündə olan məşhurların ölümqabağı son sözləri
Elə məşhur şəxsiyyətlər var ki, istər yaradıcılıq fəaliyyətləri, istərsə də öz maraqlı həyatları ilə tarixə düşür, hətta hər gün oxuduğumuz bir yazıda qarşımıza çıxaraq həyatımızın bir parçasına çevrilir.

Ölüm isə bu fərqliliyi onlara bağışlamır. Başqa sözlə, hamıya qarşı ədalətli davranan ölüm bir gün onların hər kəsin qibtəsinə səbəb olan həyatlarına da şərik olur.

Miq.az dünya şöhrətli simaların son anlarında dedikləri sözləri təqdim edir:

Nostradamus:
"Sabahdan etibarən artıq burada olmayacağam” 

Mövlanə Cəlaləddin Rumi:
"Rəbbimiz məni öz hüzuruna çağırır, artıq getmək vaxtıdır. Ya Əzrayıl, tez ol, məni rəbbimə tez qovuşdur”.

Viktor Hüqo:
"Qara bir işıq görürəm”.

Karl Marks:
"Gedin burdan. Son sözlər yetərincə doğru söz söyləməmiş axmaqlar üçündür”


Mao Tszedun:
"Özümü pis hiss edirəm. Doktor çağırın” – 

Yuli Sezar:
"Səndəmi, Brut?”

Volfqanq Amadey Motsart:
"Ölümün dadı dilimin ucundadır. Bu dünyada olmayan bir şey hiss edirəm”.

Namiq Kamal:
"Bir az istirahət edim”.

Oskar Uayld:
"Ya divar kağızı gedir, ya da mən”.

Sultan Süleyman Qanuni:
"Mən öləndə əlimin birini tabutdan çölə çıxarın, insanlar görsün ki, padşah olan Süleyman bu dünyadan əliboş gedir”.

Aleksandr Sergeyeviç Puşkin:
"Həyat bitdi, nəfəsim kəsilir. Nəsə əzir məni”.

Filosof Kant:
"Bax, bu yaxşı oldu…” 

Müəmmər Qəzzafi:
"Mənə etdiyiniz haramdır, övladlarım, mən sizin atanızam. Siz nəyin doğru, nəyin səhv olduğunu bilmirsiniz”.

Hamfri Boqart:
"Gərək "Scotch”dan "Martini”yə keçməyəydim” 

Anton Çexov:
"Uzun zamandır şampan içməmişdim”.

O. Henri:
"Yandırın işıqları. Evə qaranlıqda getmək istəmirəm”.

Sultan II Məhmət:
"Həkimlər, mənə niyə qıydınız?”

Simon de Bovuar:
"Lənətə gəlsin, bu labirintdən necə çıxacağam”.

Leonardo da Vinçi:
"Əsərlərim istədiyim keyfiyyətdə olmadığına görə Allah və insanlar qarşısında günahkaram”.

Bernard Şou:
"Məni bir antik əşya kimi saxlamağa çalışırsınız, amma işim bitdi, öləcəyəm”.

Nikolay Vasilyeviç Qoqol:
"Bir nərdivan, təcili bir nərdivan gətirin”.

Tomas Mur:
"Qalxmağıma kömək edin, enərkən onsuz da yalnız qalacağam”.

Lüdviq van Bethoven:
"Komediya bitdi”.

Marko Polo:
"Kimsə mənə inanmayacaq deyə, gördüklərimin yarısını belə danışmadım”.

Nəcib Fazil Qısakürək:
"Demək, belə ölürmüşlər”.

Məşhur şair Nikolay Qoqol:
"Bir nərdivan, tez bir nərdivan gətirin” 

Höte:
"Bir az da işıq…” 

Pakistanlı şair Məhəmməd İqbal:
"Haşa, mən ölümdən qorxmuram. Çünki mən müsəlmanam. Hər Müsəlmana yaraşan da ölümü təbəssümlə qarşılamaqdır. Həqiqətən ölüm əbədiyyət aləminə açılan ilk pərdədir”


İngilis şair Lord Bayron:
"Hər şey bitdi, artıq çox gecdi…” 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az