Cavid Qurbanovun seçki planı: QSC sədrinin budəfəki seçkidə iki kadrı meydandadır

Cavid Qurbanovun seçki planı: QSC sədrinin budəfəki seçkidə iki kadrı meydandadır

"Azərbaycan Dəmir Yolları” QSC sədri Cavid Qurbanov bu dəfə özü Kəlbəcərdən seçkiyə getməsə də, onun hazırkı parlament seçkilərində iki namizədi var.

Cavid Qurbanov bu dəfə usta davranış sərgiləyərək, parlamentdə iki deputatla təmsil olunmaq planını işə salıb: "Budəfəki parlament seçkilərinə qatılmayan Cavid Qurbanov maraqlı siyasi taktikaya əl atıb. O, özü getməsə də, iki yaxın kadrını seçki yarışına daxil edib.

Onlardan biri  "Azərbaycan Dəmir Yolları” QSC-nin maliyyə və iqtisadiyyat idsrəsinin rəis müavini Vəsilə Abdulovadırsa, digəri Kəlbəcərin icra başçısı Aqil Məmmədovdur.

Düzdür, 123 saylı Kəlbəcər seçki dairəsindən namizəd Aqil Məmmədovun seçilmək şansı daha çoxdur. Çünki Cavid Qurbanov ötən seçkidə təmsil etdiyi dairədən yaxın qohumu Aqil Məmmədovun mandat qazanması üçün bütün güc və imkanlarını səfərbər edib. 

Vəsilə xanıma gəldikdə isə, o, 99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Maraqlı budur ki, YAP-ın bu dairədən irəli sürdüyü Nurlan Həsənov da təsadüfi namizəd deyil. O, Prezident Administrasiyasının Hüquq-Mühafizə Orqanları ilə İş şöbəsində məsləhətçi işləyir. Yəni Cavid Qurbanovun bu dairədən arzusunu rahatlıqla həyata keçirməsi Kəlbəcərdəki qədər asan olmayacaq.

Üstəlik, bu dairədən İqtisad Universitetinin kfedra müdiri Zabit Aslanovu, "Unibank"ın baş hüquqşünası Ərtoğrul Hüseynli və daha bir neçə yerli namizədləri də gözardı etmək mümkün deyil.

Sözsüz ki, seçki təbliğatına yeni start verilib. O üzdən hələlk Şəmkirdəki vəziyyəti, daha doğrusu, hansı namizədin daha şanslı olmasını dəqiq qiymətləndirmək  mümkün deyil. Hər halda, yaxın 10 günə kimi, bu dairədə də sular durulacaq"./Mia.az/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az