Cəlilabad icra başçısı Əziz Əzizov meşələri qırdırır - ayda 3000- nə
Əziz Əzizovun rayon Meşə Təsərrüfatı və Bərpası İdarəsindən hər ay aylıq haqq aldığı deyilir
Cəlilabadda
meşələr kütləvi şəkildə qırılır.
Vətəninfo.az xəbər verir ki, bu barədə
Bolgexeber.com-a rayondan məlumat verilib.Məlumatda deyilir ki, hər il
yanacaq məqsədi ilə məhv edilən meşələrdən yüzlərlə maşın odun
çıxarılır. Əhaliyə və təhsil şöbələrinə satılan həmin odunlardan isə
külli miqdarda gəlir götürülür. Belə ki, hazırda rayonda bir maçın
odunun qiyməti 350 manatdır.Redaksiyamıza daxil olan məlumatda o da
deyilir ki, Cəlilabad Meşə Təsərrüfatı və Bərpası İdarəsinin rəhbərliyi
bunu özünə əsl biznes seçib. Amma onun arxayın şəkildə hərəkət etməsi
səsbəbsiz deyil. İddialara görə, idarə müdirinin sərbəst hərəkət
etməsini şərtləndirən başlıca amil onun icra başçısı Əziz Əzizovla bu
işdə ortaq olmasıdır. Məlumatlara görə, Əziz Əzizov hər ay Cəlilabad
Meşə Təsərrüfatı və Bərpası İdarəsinin müdirindən 3000 manat "haqq”
alaraq, baş verənlərə göz yumur.
Mövzu
ilə bağlı əməkdaşlarımız Cəlilabad rayonundadır. Yaxın günlərdə
aparılan araşdırma ilə bağlı geniş reportajı oxuculara təqdim edəcəyik.