Vətəninfo.az Sumqayıt Texnologiyalar Parkı ilə bağı davamlı olaraq əldə etdiyi məlumatları öz oxucularına çatdırmaqdadır. Bu dəfə isə STP-ı ilə bağlı daxil olan məlumatda qeyd edilir ki, hazırda STP-nın sahəsində yüzlərlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sifarişi ilə yığılan yük avtomobilləri dayanır. Avtomobillər yağışın-qarın, günün altında qalıb sıradan çıxır.
Məlumata görə, bir müddət əvvəl (sabiq MN naziri Səfər Əbiyevin zamanında) Müdafiə Nazirliyi STP-da yığılan yükdaşımaları üçün nəzərdə tutulan avtomobillərin hazırlanıb MN-nə təhvil verilməsindən ötrü dövlət sifarişi verir və avtomobillər hazır olduqdan sonra adıçəkilən ünvana çatdırılması üçün yola çıxır. Lakin avtomobillərdə nasazlıq aşkarlandığından (sükanının ümumi hissəsində, korpusunda və s.) MN onları qəbul etmir.
Xatırladaq ki, STP bu günədək Etibar Pirverdiyevin nəzarətində olub və sözügedən avtomobillər də həmin dövrdə yığılıb.
Redaksiyamıza daxil olan məlumata görə, STP-nın sahəsində təkcə MN üçün hazırlanan və geri qaytarılan avtomobillər deyil, digər şirkətlərin də sifariş verdiyi, amma nasazlığına görə qəbul edilməyən avtomobillər də var.
Təsəvvür edin: ölkənin milyonlarla vəsaitinin xərcləndiyi STP-ı indi böyük avtomobil qəbristanlığını xatırladır.
Vətəninfo.az
Bu gün Azərbaycanda Zəfər Günüdür
İşləməyən analara da 100 manat verilməlidir - Deputatdan TƏKLİF
"Azərbaycanda ailə və demoqrafik siyasət kompleks şəkildə qurulmalıdır" - Deputatdan ÇAĞIRIŞ
Sahil Babayev: Bu gün inflyasiya Azərbaycanda nəzarətdə saxlanılan həddədir
Nüvə müharibəsi başlaya bilər? - Deputat mümkün ssenarini açıqladı
Tahir Kərimli: “Deputat olanda sərt də, yalvarışla da demişəm ki, bunu xalqa etməyin, amma təsiri yoxdur...”
72 saatlıq ərzaq xəbərdarlığı buna görədir? - İran nüvə ilə vurulacaq?
İşləməyən analara da 100 manat verilməlidir - Deputatdan TƏKLİF
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi