Seçki ili olduğu üçün seçicilər yenidən deputatların yadına düşüb.
Vətəninfo.az xəbər verir ki, Sumqayıtdan Yenilik.Az-a daxil olan informasiyaya görə, 42 saylı dairədən YAP tərəfindən namizədliyi irəli sürülmüş hazırki deputat və "Azərkimya” şirkətinin rəhbəri Muxtar Babayev şəhərin 9-cu mikrorayon ərazisində xeyli abadlıq işləri həyata keçirib. Belə ki, 4 gün ərzində mikrorayonun böyük bir hissəsi asfaltlanıb.

Lakin bəzi sakinlər narazılıq edirlər ki, asfalt örtüyü nazik vurulur ki, bu da tez sıradan çıxmasına səbəb olacaq, yəni növbəti 5 ilə dözməz. Digər tərəfdən isə bildirilir ki, fəhlələr asflatı çəkən zaman kanalizasiya lyukları asfaltın altında qalır ki, bu da yağış sularının həyətdə gölməçə yaratmasına səbəb olacaq.
Qeyd edək ki, hələlik təbliğat-təşviqat kampaniyasına start verilməsə də M. Babayevin abadlıq işlərini dairəyə daxil olan başqa mikrorayon və məhəllələrdə də həyata keçirəcəyi bildirilir. Yenilik.Az-a daxil olan fotoları təqdim edirik:
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Bu gün Azərbaycanda Zəfər Günüdür
İşləməyən analara da 100 manat verilməlidir - Deputatdan TƏKLİF
"Azərbaycanda ailə və demoqrafik siyasət kompleks şəkildə qurulmalıdır" - Deputatdan ÇAĞIRIŞ
Sahil Babayev: Bu gün inflyasiya Azərbaycanda nəzarətdə saxlanılan həddədir
Nüvə müharibəsi başlaya bilər? - Deputat mümkün ssenarini açıqladı
Tahir Kərimli: “Deputat olanda sərt də, yalvarışla da demişəm ki, bunu xalqa etməyin, amma təsiri yoxdur...”
72 saatlıq ərzaq xəbərdarlığı buna görədir? - İran nüvə ilə vurulacaq?
İşləməyən analara da 100 manat verilməlidir - Deputatdan TƏKLİF
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi