Əhmədzadənin idarə rəisi-YƏZİDLİK EDİR

Əhmədzadənin idarə rəisi-YƏZİDLİK EDİR

Su Sistemləri İdarəsinin rəisi Nizami Məmmədov büdcə vəsaitlərini hansı işlərə yönəldir?


 

Vətəninfo.az xəbər verir ki, , "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) yerli qurumlarının əksəriyyətində neqativ hallar hökm sürür.Suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri yarımçıq görüldüyü üçün bəzi problemlər yaranıb. Bildiyiniz kimi əlaqədar hüquq-mühafizə orqanları və digər qurumlar səviyyəsində suvarma sistemləri idarələrində hökm sürən qanunsuzluqlara qarşı mübarizə aparılsa da, bir nəticəsi yoxdur. Bəzi xırda rütbəli məmurlar dövlət büdcəsinin vəsaitini öz pulları hesab edərək sağa-sola necə gəldi xərcləyirlər. Məhz bu səbəbdən layihələndirilən işlər ya keyfiyyətsiz şəkildə həyata keçirilir, ya da yarımçıq qalır. Bu üzdən əksər rayonlarda əkin sahələrinin suvarılması sahəsində ciddi problemlər mövcuddur. Fəaliyyəti qənaətbəxş hesab olunmayan müəssisələrdən biri də İmişli rayon Suvarma Sistemləri İdarəsidir. Rayondakı mənbələrdən aldığımız məlumatlara görə, təxminən bir ildir idarəyə rəhbərlik edən Nizami Məmmədov vəzifə səlahiyyətlərini düzgün şəkildə icra edə bilmir. Məlumatda vurğulanır ki, Nizami Məmmədov bu vəzifəyə qədər Bəhramtəpə Dəmir-Beton zavodunda direktor işləyib. Vəzifə sahibi direktor işlədiyi vaxtlarda bir sıra yeyinti hallarına şərait yaradıb və özbaşınalıq törədib: "O idarəyə rəis təyin edilən gündən etibarən qanunsuz işlərlə məşğuldur. İdarəyə ayrılan dövlət vəsaitləri təyinatı üzrə səmərəli şəkildə xərclənmir. Müəssisənin balansında olan maşın-mexanizmlər başqa işlərə yönəldilir, yanacaq-sürtkü materialları silinir. Məlumatınız olsun ki, rayonda əkinə yararlı 43551 hektar torpaq sahəsinə xidmət edən 18 su-nasos stansiyası fəaliyyət göstərir. Bunlardan 6-sı üzən tipli, 3-ü səyyar, digərləri isə stasionardır. Əkin sahələrinin 2500 hektarı mexaniki yolla, su-nasos stansiyalarının vasitəsi ilə suvarılır. Suvarma kanallarının ümumi uzunluğu 1800 kilometrdən artıqdır. İmişli Suvarma Sistemləri İdarəsinin fəaliyyətindəki nöqsanlar fermerləri çətin duruma salıb. Belə ki, melioratorlar tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, görülən işlər isə keyfiyyətsiz və az effektli olur. Suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri də yarımçıq görülür. İdarənin işçiləri yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşınalıqlara yol verir. Nəticədə ayrı-ayrı əkin sahələri və təsərrüfatlar susuz qalır. Nazim müəllim fermerlərə heç bir köməklik göstərmir. Bu səbəbdən əkin sahələrinin bir hissəsi susuzluqdan yanıb məhv olub"-deyən mənbənin sözlərinə görə, suvarma suyu ayrı-ayrı imkanlı şəxslərin təsərrüfatlarına verildiyindən və kanaldakı suyun səviyyəsi elektrik enerjisi istehsalına uyğun tənzimləndiyindən əkin sahələrini vaxtında suvara bilmirlər: "Yalnız yağış hesabına taxıl sahələri suvarılır. Bəzi fermerlər bostan bitkiləri yetişdirməyə müəyyən miqdarda xərc çəkib. Amma normal məhsul götürmək mümkün deyil. Çünki sahələri istədiyimiz şəkildə suvara bilmirik. Suvarma suyu problemi sovet dövründə də olub, amma o vaxt dərhal aradan qaldırılırdı. İndi icra və bələdiyyə orqanları bizimlə maraqlanmır. Rayon Suvarma Sistemləri İdarəsinin rəhbərliyi fermerlərə deyir ki, gedin başınızın çarəsinə baxın. Biz başımızın çarəsinə özümüz baxacıqsa, o zaman bu idarə nəyə lazımdır? İmişli rayonunun qaraqaşlı Mürsəlli kənd camaatı Nizami Məmmədovdan hara şikayət edirlərsə Şikayətlərinə baxan yoxdur.Pambıq, yonca sahələri tamamilə məhv olmaq üzrədir. Nizami müəllim isə öz kefində”-deyə mənbə əlavə edib.


 

Babək


 

Vətəninfo.az

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az