Tovuz yanır-SUSUZLUQDAN
Vətəninfo.az-a telefonla zəng edərək şikayət edən Tovuz rayon Yovlar kənd sakini Ələkbər Abbasov bildirdi ki. Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov başda olmaqla rayonun Su-Kanal İdarəsinin rəisinə dəfələrlə müraciət etməsinə baxmayaraq, onun min bir zəhmət hesabına əkib becərdiyi 3 hektar torpaqda qarğıdalısı susuzluqdan qurumaq üzrədi.
Ələkbər Abbasovun sözlərinə görə, o Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadəyə də bir neçə dəfə yazılı məktub göndərməklə yanaşı, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin "195” qaynar xəttinə də bu haqda məlumat verib.Amma nədənsə Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov necə kənd sakininin harayına qulaq asmadığı kimi, eyni zamanda da əhməd Əhmədzadənin rəhbərlik etdiyi komitə Tovuz rayon sakinin susuzluqdan qurumaqda olan əkin sahəsinə çarə olmaqdan boyun qaçırıblar.
Ələkbər Abbasov bildirib ki, o Əhmədzadənin Tovuzdakı numəyndəsi Nurəddin adlı şəxsə sonuncu dəfə yaxınlaşıb əkin sahəsinin suvarılması ilə bağlı müraciət etdikdə o bildirib ki, "Kür”çayı quruduğundan əkin sahələrinin suvarılması ilə bağlı Tovuz rayonuna su verilməyəcək.
Vətəninfo.az