Niyaməddin Orduxanlıdan Gültəkin Hacəbəyliyə ağır ittihamlar

Niyaməddin Orduxanlıdan Gültəkin Hacəbəyliyə ağır ittihamlar
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı: "Həmin illərdə mən Mehdiabad bələdiyyəsinin sədr müavini olmuşam. Bilirəm ki, yadınızdan çıxmayıb bələdiyyə gəlib , iki ailə üzvünüz olduğu halda 12 sot torpaq götürdünüz. Bu gün müdafiə etdiyiniz Xədicə İsmayılı, Leyla Yunusu, İntiqam Əliyevi, Tofiq Yaqublunu, Əli Kərimlini və Cəmil Həsənlini necə ittiham edirdiniz?! Bu adamları "xalq düşməni” adlandırdınız. . Gültəkin Hacıbəyli millət vəkili olanda, torpaq , kips alverçisi olub.”
 
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş millət vəkili Gültəkin Hacıbəylin qarşıdan gələn parlament seçkilərini xalqımızın "məzhəkə”si adlandırıb və seçkidə iştirak edən şəxsləri seçkini legitimləşdirmək üçün qatıldığını bildirib:
"Milli Şuranın sədri, professor Cəmil Həsənli 1 noyabrda deputat təyin ediləcək şəxslərin siyahısını yayıb. Tam məsuliyyətlə deyirəm ki, siyahı realdır və bundan sonra Prezident Administrasiyası var gücü ilə çalışaraq artıq təsdiqlənmiş siyahıya müəyyən dəyişiklik etmək istəsə də, bu dəyişiklik heç 10-15 dairəni əhatə etməyəcək”.
Keçmiş depuatat Gültəkin Hacıbəylinin ittihamlarına cavab verən BAXCP sədrinin müavini, 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizəd olan Niyaməddin Orduxanlı bildirib ki, Gültəkin Hacıbəyli ittihamlarının heç bir əsası ola bilməz: "Gültəkin Hacıbəyli nağıl danışır. Hansı imitasiyadan söhbət gedir ki, müxalifət partiyalarının nümayəndələrinin hər biri deputat seçilmək üçün mübarizə aparır. Rəqbatə aparacaq şəxslər arasında radikal müxalifətin nümayəndələri İsa Qəmbər, Pənah Hüseyn, Erkin Qədirli və keçmiş millət vəkillərinin adları var. Bu adamların hər biri deputat olmaq üçün çalışır. BAXCP sədrinin müavini kimi bu mən də qatılmışam. 2010-cu il parlament seçkilərində minlərlə səs qazanıb 2 yeri tutmuşam. Bu səfər də bütün imkanalrımızı səfərbər etmişik ki, qalıb gəlim! BAXCP-nin parlamentdə təmsilçilərinin sayını artıraq. Məqsədimiz budur!” Niyaməddin Orduxanlı Gültəkin Hacıbəyli ilə bağlı maraqlı bir faktı da acıqladı:” Gültəkin Hacıbəylinin həyatında baş vermiş hadisəni xatarılatmaq istəyirəm. Gültəkin xanım, yadınıza düşür, 2008-ci il də Mehdibad bələdiyyəsi? Həmin illərdə mən Mehdiabad bələdiyyəsinin sədr müavini olmuşam. Bilirəm ki, yadınızdan çıxmayıb bələdiyyə gəlib , iki ailə üzvünüz olduğu halda 12 sot torpaq götürdünüz. "Əlillər” masivindən aldığınız torpağı xatarıladınız?! Uca səslə deyridiniz ki, mən millət vəkiliyəm. İlham Əliyevin prezident seçkilərinə vəkili olmuşam! Bu gün müdafiə etdiyiniz Xədicə İsmayılı, Leyla Yunusu, İntiqam Əliyevi, Tofiq Yaqublunu, Əli Kərimlini və Cəmil Həsənlini necə ittiham edirdiniz?! Bu adamları "xalq düşməni” adlandırdınız.... İndi deyə bilərsiniz, o zaman səmimi idiniz, yoxsa indi?! Xatırlayırsınızda, mənim otağımda mənə dediniz ki, sizi çox yaxşı tanıyram, siz BAXCP sədrinin müavini Niyaməddin Orduxanlısınız...Bəli, Gültəkin xanım, həmin BAXCP sədrinin müaviniyəm. O zamanda BAXCP sədrinin müavini idim, bu gün də BAXCP sədrinin müavini kimi seçkiyə qatılmışam və müxalifətin namizədi kimi QALIB gəlmək iddiasındayam! Sizlərsiniz ki, yolunuzdan, əqidənizdən imtina edirsiniz! Heç olmasa, ayıb nə olduğunu bilin! Bu fakt danılmazdır. Özü də bilir ki, bu hadisənin bu gün canlı şahidləri də var. Belə bir adamın yekə-yekə danışması gülünc görünür. Gültəkin Hacıbəyli hakimiyyətdən qovulandan sonra "zorla müxalifət” olanlardandır. Necə ki, Əli Kərimli, Cəmil Həsənli olub. Bu adamlar hakmiyyətdən uzaqlaşdırıldıqdan sonra dönüb olublar "müxalifət”. Ona görə də, belə bir şəxslərin ittihamları cəmiyyət tərəfindən cidd qəbul oluna bilməz. Gültəkin Hacıbəyli millət vəkili olanda, torpaq , kips alverçisi olub.”


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az