Hörmətli Nahid bəy! Sizin rəhbərlik etdiyiniz Vətəninfo.az İnformasiya Agentliyi yarandığı gündən həqiqət carçısı olaraq doğru sözə, demokratiyaya xidmət edir. Obyektivliyi ilə ictimaiyyət arasında böyük nüfuz qazanıb. Mənə də Vətəninfo.az İnformasiya Agentliyi həmişə ehtiramla yanaşıb. Yaradıcılığımı daim işıqlandırmısınız. Ona görə üzümü Sizə tutub üzləşdiyim problemin ictimailəşdirilməsini xahiş edirəm...
27 SAYLI SABUNÇU İKİNCİ SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI
Soyadı, adı, atasının adıDoğum tarixiƏsas iş və xidmət yeri, vəzifəsi(bu olmadıqda fəaliyyət növü)Partiya mənsubiyyətiTərəfindən irəli sürülmə
AĞAYEVA AYNUR FİRUDİN18.12.1989İŞLƏMİRBAXCP
CƏBRAYILOVA DİLARƏ MƏMMƏDAĞA03.06.1971295 SAYLI TAM ORTA MƏKTƏBİN DİREKTORUYAP
ƏHMƏD VÜQAR MİKAYIL17.04.1963AMEA-NIN NİZAMİ ADINA ƏDƏBİYYAT İNSTİTUTUNDA BAŞ ELMİ İŞÇİBitərəfÖz təşəbbüsü
ƏLİYEV ELXAN BÖYÜKAĞA24.08.1952AZƏRBAYCAN ELMİ-TƏDQİQAT ƏKİNÇİLİK İNSTİTUTU,"BİTKİ SELEKSİYASI" ŞÖBƏSİ, APARICI ELMİ İŞCİAVP
PİRİYEVA NƏZMİYYƏ SALMAN10.03.1974İŞLƏMİRMDHPMDHP
QƏHRƏMANOV NAZİM NAMAZ01.01.1955"SFV GROUP" MMC-NİN TƏSİSÇİSİBitərəfÖz təşəbbüsü
SADIQOV TELMAN CƏFƏR23.08.1979"BAKI BİZNES VƏ KOOPERASİYA KOLLECİ " MMC İQTİSADİYYAT MÜƏLLİMİVHP
Secki qanununu pozmayaraq namizədlərin seçki hüququnu pozmadan bildirmək istəyirəm.Gördüyünüz kimi 7 nəfər qeydiyyatdan keçmişik.Bu namizədlərdən biri pul gücünə mənə rəhbər bir işçinin vasitəsilə mənə təzyiq göstərir ki, namizədliyimi geri götürüm. Hətta deyirlər nə qulluğu olsa hazırıq. Səbəb də odur ki, seçkilər demokratik olsa Vüqar Əhmədin xalq içində, xüsusilə Abşeronda nüfuzu böyükdür, o seçiləcək. Qeyri - təvazökarlıq olsa da deyirlər ki, Vüqar Əhmədə xalqın məhəbbəti sonsuzdur, titulları da göz qabağında. Mən qürurumu, mənəviyyatımı heç bir maddi marağa satan insan deyiləm. Ancaq hörmətli ölkə başçısı məsləhət görsə namizədliyimi geri götürəm. Möhtərəm prezidentimiz isə heç vaxt demokratiyaya zidd hərəkət eləməz. Prezidentimiz ölkədə demokratiyanın qarantıdır. Rəhbərin mənə ismarıc göndərdiyi adamla çörək kəsmişəm, ona görə adını açıqlamıram. Hətta məni seçkidən uzaqlaşdırmaq istəyən o məmurla da 2-3 dəfə iftar süfrəsində ehsan yemişik. O müqəddəs süfrə xatirinə adını hallandırmıram. Həm də yıxılana balta çalmazlar. Mən seçkilərdən geri çəkilməyəcəm. Bəzi deputatlar da eşitdim mənə zəng vurmaq istəyirlər. Qətiyyən zəhmət çəkməsinlər, xeyri yoxdur. "Əyilməz vicdanın böyük heykəli". O kommersant namizədə də deyirəm ki, ağıllı ol. Altdan-altdan iş görmə. Təzyiqlər artsa cənab prezidentə teleqram vurum gərək, başqa çıxış yolum yoxdur. O məmur oyun oynayır - Vüqar Əhmədin siyahıda adı yoxdur deyir. Yəqin bu məmur özü də bir "siyahı"tutub özü üçün.
Vüqar Əhməd, filologiya elmləri doktoru, professor, 27 saylı Sabunçu ikinci dairəsindən deputatlığa namizəd