Belə ki, müxalif namizəd İltizam Əkbərlinin qarşısında "xod” gedən Qasımov özünün təbliğat plakatlarını avtomobillərin "Zapasnoy” təkərlərinin üstünə vurdurur. Xatırladaq ki, Əsabil Qasımovla bağlı bir müddət əvvəl yayımladığımız xəbərdə onun İmişliyə 4 maşın un göndərdiyini, seçicilərə 25 kq un və 10 AZN paylayaraq onların 1 noyabr seçkilərində səsini əldə etmək istədiyini bildirmişdik.
Bu gün Əsabil Qasımovla bağlı redaksiyamıza daxil olan başqa bir məlumatda qeyd edilir ki, 16.10.2015-ci il tarixdə adıçəkilən şəxs İmişli rayon Muradallı kəndində seçicilərlə görüş keçirmək istəyib. Lakin kənd camaatı görüşə gəlməyib. Bundan hiddətlənən Qasımov "Mənə bu kəndin sakinlərinin səsi lazm da deyil”, - deyərək oradan uzaqlaşıb. Bu gün isə imişli rayon Çahar və Gövhərli kəndlərində görüş keçirmək istəyən Əsabil Qasımov yenə də pərt olub. Belə ki, bu kəndlərin də sakinləri görüşə gəlməyib. Görüşdə kənd icra nümayəndələrinin köməyi ilə yalnız 33 nəfər olub ki, onların da 16 nəfəri Əsabil Qasımovla bərabər kəndə gələnlərdir. Məntəqə secki komissiyasının üzvlərini görüşə cəlb etdikdə Gövhərli kənd məktəbində çalışan Malik müəllim bunun qanunsuz olduğunu bildirib. Müəllimi bu iradına görə oradan uzağlaşdırıblar.
Vətəninfo.az