Etibar Hüseynov seçkilərdə iştirak etməyəcək
Vətəninfo.az xəbər verir ki. bu haqda məlumatı millət vəkili Etibar Hüseynov özünün facebook.com səhifəsində paylaşıb.
Millət vəkilinin seçkilərdə iştirak etməməklə bağlı yayımladığı statusunu olduğu kimi təqdim edirik:
"Əziz dostum və qardaşım Ülvi Quliyevin bir-sıra obyektiv səbəblərdən namizədliyini deputatı olduğum 15 saylı dairədən irəli sürməsi planlarımı dəyişdi. Hər şeyi sıfırdan başlamaq isə böyük maliyyə, vaxt və enerji tələb edir. Etiraf edək ki,bu günkü kifayət qədər siyasiləşmiş cəmiyyətimizdə arxanda ciddi siyasi qüvvə və maliyyə rıçaqları olmadan bitərəf şekiyə qatılmaq və qalib gəlmək çox çətindir. Buna görə də seçkilərə qatılmamaq qərarını verdim. Bütün namizədlərə uğurlar arzulayıram. Yəni hər şey bu qədər bəsit. Sitatın sonu."