Əsabil Qasımova daha bir rəqib gələ bilər

Əsabil Qasımova daha bir rəqib gələ bilər
Vətəninfo.az xəbər verir ki, 79 saylı İmişli seçki dairəsindən yenidən millət vəkili olmaq istəyən "Un Kralı" Əsabil Qasımovun dolayı müdaxiləsi nəticəsində namizədlikləri DSK-da qeydə alınmayan İltizam Əkbərlinin MSK-da qeydə alınmasından sonra, vəlvələyə düşən Əsabil Qasımova özünə gəlməmiş MSK-nın 79 saylı İmişli şəhər seçki dairəsi üzrə daha bir namizədi qeydə alması gözlənilir.
MSK-kı mənbələrdən redaksiyamıza daxil olan məlumata görə, Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov 79 saylı İmişli seçki dairəsinin onun namizədliyinin qeydə almaması ilə bağlı qərarından MSK-na şikayət edib və bu gün MSK-da Kamil Seyidovun şikayətinə baxılacaq.
Məlumatda qeyd edilir ki, AARP sədrinin  550 imzasından  79 saylı DSK-sı 121-ni saxta çıxararaq 429 imzanı keçərli hesab edib. Amma bütövlükdə namizədliyin qeydə alınması üçün 450 imzanın keçməsi lazımdı. Kamil Seyidovun MSK-na ötən gün DSK-nın saxta hesab etdiyi imzalardan 40-ni şəxslərin nararial qaydada imzalarının təsdiq olunmuş nüxsəsini təqdim eidb.
 
Yəni MSK-sı əgər bir hadisə baş verməzsə təstiq olunan 429 imzanın da üzərinə əlavə təqdim edilən 42 imzanı da qəbul edib. Kamil Seyidovun namizədliyin təsdiqləyə bilər.
Qeyd edək ki, Kamil Seyidov iqtidarın siyasi kursunu dəstəkləyən siyasi partiyalardandır və iqtidaryönlü Məşvərət Məclisinin təsisçilərindən və aktiv üzvülərindəndir.
 
Kamil Seyidovun namizədliyinin qeydə alınması 5 il Milli Məclisdə "lal" deputat statusu qazanan Əsabil Qasımov üçün göydəndüşmə olacaq. Çün ki, əhali arasında nüfuzu olmayan Əsabil Qasımovun imişlilərin qarşısına çıxıb onlardan səs istəyəcəyi o qədər də inandırıcı görünmür. Əgər Kamil Seyidovun namizədliyi qeydə alınarsa, o zaman müxalifətin namizədi İltizam Əkbərli Əsabil Qasımovla deyil Kamil Seyidovla qarşı-qarşıya gəlməli olacaq. Yəni kamil Seyidovun qeydə alınması bir növ Əsabil Qasımov üçün göydən düşmə hədiyə ola bilər.
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az