Cəlilabaddan növbəti şikayət daxil olub. Rayonun Göytəpə kəndində 1 saylı orta məktəbin müəllimi Vasif Əkbərov Vizual.az-a bildirib ki, məktəb direktoru müəllimlərdən haqq yığır.
Onun sözlərinə görə, məktəbə ayrılan 10 min manat mənimsənilib. Müəllim qeyd edib ki, bu faktı açıqlamasından sonra ona təzyiqlər başlanıb. Sitat: "Cəlilabad Rayon Təhsil Şöbəsindəki yeyintilər, məktəblərdə müəllimlər üzərinə haqq qoyulması və xüsusilə Göytəpə 1 saylı tam orta məktəbin direktorunun pul tələb etməsi məlumdur. Sonra Cəlilabadın icra başçısı Əziz Əzizov fövqəladə iclas keçirib. Haqqımda ciddi tədbir görülməsi göstərişini verib. Xüsusilə Reyhan Cəfərova (Göytəpədəki məktəbin direktoru) qanunları heçə sayan birinin müdafiə olunması və açıq şəkildə "yazanlar nə edə bilib ki, siz nə edəsiniz, lazım olsa, 30 min də verəcəm, amma mənə heç kim heç nə edə bilməyəcək" deməsi direktorumuzun arxasına kimi alıb, Azərbaycan qanunlarına hörmətsizlik etdiyi bəlli olur.
Məktəbimiz ilin məktəbi olması ilə bağlı olaraq ayrılan 10 min manat pulu mənimsəməklə məktəbə heç bir iş görülmədi. Məktəbimizin içərisinə hal-hazırda su dammaqdadır.
İstilik şəraiti yoxdur. Valideynlərin büdcəsi hesabına alınan odunları meşə idarəsindən gələn odun kimi təqdim edirlər. Dövlət büdcəsi açıq şəkildə talanır.
Səsimi çıxartdığıma görə mənə təzyiqlər edirlər. Qohumlarımı, iş yoldaşlarımı üzərimə qaldırırlar. Burada Reyhan Cəfərova kimi qanunsuzluqlar edən direktorların arxasında İcra başçısı Əziz Əzizov durur”.