Cənub sərhədlərini Ərdoğana əmanət edək - Jirinovski

Cənub sərhədlərini Ərdoğana əmanət edək - Jirinovski

Bizim Türkiyə ilə bağlı beynəlxalq siyasi proseslərə müdaxilə etməyimiz vacibdir. Ərdoğanı dəstəkləməyimiz lazımdır. Ərdoğan bizim adamımızdır, onu devirməyə kimsə cəhd edə bilməz.
 
Axar.az xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının (LDP) lideri Vladimir Jirinovski "Rossiya 1” kanalında yayımlanan "Bazar axşamı” ("Voskresenniy Veçer”) verilişində çıxışı zamanı deyib.
 
"Cənub sərhədlərini Ərdoğana əmanət edək, Suriya və İraqda istədiyini etsin. Sonra İran da bizim olacaq”, - Jirinovski bildirib. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az