Cənubi azərbaycanlılar Araz çayının sahilinə toplanıblar-Əsgərlərimizə dəstək

Cənubi azərbaycanlılar Araz çayının sahilinə toplanıblar-Əsgərlərimizə dəstək

Miq.az Günaz TV-nin verdiyi məlumata istinadən bildirir ki, Cənubi Azərbaycan əhalisi Azərbaycan ordusuna öz dəstəyini göstərmək üçün Arazın İran sahili boyunca toplaşıblar. Saytın yerli əhalidən əldə etdiyi məlumata əsasən Araz sahilində yerləşən Aslandüz düzü və Əlirzaabad əhalisi dünən Azərbaycan ordusu ilə Ermənistan ordusunun döyüşləri zamanı çayın kənarına yığılıblar. Bu bölgələr İran-Azərbaycan sərhəddinin sıfır nöqtəsində yerləşir.
Gedən qızğın döyüşü gözləri ilə görən bu bölgə sakinlərinin dediyinə görə Azərbaycan ordusunun ermənilərə qarşı döyüşü şiddətlənmiş və Azərbaycan tərəfi getdikcə bölgədə hərbi texnikaların sayını artırmışdır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az