Cəsədlər və yaralılar ərazidə qalıb... - Ermənistanın real itkiləri nə qədərdi?

Cəsədlər və yaralılar ərazidə qalıb... - Ermənistanın real itkiləri nə qədərdi?

Aprelin 11-də dövlət sərhədinin Laçın istiqamətində baş verən toqquşmalarda erməni tərəfi ciddi itkilər verib.

Publika.az xəbər verir ki, erməni tərəfinin itkiləri haqda rəsmi və qeyri-rəsmi mənbələrin məlumatları ziddiyyətlidir.

Ermənistan Müdafiə Nazirliyinin rəsmi məlumatı:

- 4 erməni hərbçi məhv edilib, 6 yaralı var. Yaralılardan üçünün vəziyyəti ağırdır;

Erməni mənbələr itkilərin açıqlanan rəsmi rəqəmlərdən ən azı iki dəfə çox olduğunu yazır:

- Döyüşlərin getdiyi vaxt erməni mediası Tex (Dığ) kəndinin nümayəndələrinə istinadən 6 itkinin olduğunu yazırdı, daha sonra itkilərin 10-dan çox olduğuna dair məlumatlar yayıldı;
- Çoxsaylı yaralının olduğu, ərazidən çıxara bilmədikləri, cəsədlərin atəş altında qaldığı haqda məlumatlar yayılmışdı;
- Təxribat hücumunda iştirak edən "Ermənistanın milli dövlətçiliyi” partiyasının sədri Artur Vardanyan təcili tibbi yardım maşınlarının dayanmadan əraziyə gəlib-getdiyini açıqladı;
- Sosial şəbəkə platformalarında yayıan görüntülər də erməni tərəfinin çoxsaylı itkilərinin olduğu fikrini gücləndirir;

Ermənistanın itkilərini gizlətdiyi təcrübəsi fonunda açıqlanan rəsmi rəqəmlərin – 4 ölü, 6 yaralı – reallıqda ən azı iki dəfə çox olduğu ehtimalı böyükdür, erməni mənbələrin məlumatı da bu yöndədir.

Asif


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az