Cinsi zəifliyə düçar olan kişilər çoxalıb-Azərbaycanda
Həkimə müraciət etməkdən isə utanırlar
Texnologiyanın inkişafının insanlara ciddi təsir etdiyini deyən həkim
uroloq qeyd edib ki, kişi cinsi zəifliyinə psixoemosional sterss təsir
edir
Son
illər dünyada baş verən proseslər, informasiya texnologiyalarının
inkişafı insan həyatına təsirsiz ötüşmür. Qida rasionumuzun dəyişməsi,
orqanik məshulların genetik modifikasiya olunmuş məhsullara
dəyişdirilməsi, ətraf mühitin çirkləndirilməsi və s. insan orqanizmində
ciddi fəsadlara səbəb olur. Elə son illər həm dünya, həm də Azərbaycanda
kişi sonzuluğu və cinsi zəifliyin artması da bu amillərlə
əlaqələndirilir. Çox təəssüf ki, bu kimi hallara çox zaman laqeyd
münasibət, utancaqlıq səbəbindən həkimə getməmək ciddi fəsadlara,
ailələrin qurulmamasına və ya qurulmuş ailələrin dağılmasına səbəb olur.
Bununla
bağlı Modern.az-a açıqlama verən Mərkəzi Neftçilər Xəstəxanasının
həkim-uroloqu Rəşad Məmmədov bildirib ki, istər kişi sonsuzluğu, istərsə
də cinsi zəifliklə bağlı Azərbaycanda dəqiq statistikanı vermək mümkün
deyil.
"Amma
ümumdunya statistikasında baxdıqca, yetəri qədər çox ciddi say ortaya
çıxır. Bununla bağlı mediaya dəqiq məlumat vermək üçün statistik
araşdırma aparılmalıdır. Bu olmadığı üçün kişi sonsuzluğu və cinsi
zəiflik haqqında dəqiq məlumat vermək mümkün deyil. Amma həkim kimi son
illər apardığım müşahidələr bu sahədə problemlə üzləşənlərin ciddi
artdığını deməyə əsas verib. Son dönəmdə cinsi zəiflik və sonsuzluğun
yarana səbəbləri multifaktorialdır. Tək bir faktorla bağlı deyil, ətraf
mühitin təsiri, ürək, qan-damar sisteminin xəstəlikləri, şəkərli diabet,
hormonal faktorlar, irsi faktorlar, qidalanma, fərdin psixoemosional
statusu buna təsiri edir”.
R.Məmmədov ümumi baxıldıqda kişi sonsuzlğunun tam səbəbinin bilinmədiyini qeyd edib.
"Bunu
yuxarıda qeyd etdiyimiz səbəblərə bağlayırıq. Amma sonsuzluğun 60
faizinin səbəbi demək olar ki, bilinmir. Və bu problemlər sonda ağır
nəticələnir. Kişi sonsuzluğu ciddi ailədaxili problemlərə yol açır.
Kişilərin bir hissəsi konservativ və ya cərrahi yolla müalicə olunaraq
sağlığına qovuşur. Bəziləri sağlamlığa qovuşa bilməyəndə suni
mayalandırma vasitəsilə övlada sahib olur”.
Texnologiyanın
inkişafının insanlara ciddi təsir etdiyini deyən həkim uroloq qeyd edib
ki, kişi cinsi zəifliyinə psixoemosional sterss təsir edir.
"Texnologiyaların
inkişafı insanlara bəd vərdişlər gətirdi və onların psixoemosional
statuslarını dəyişdirdi. Tək bizim ölkədə deyil, bütün dünyada bu
tendensiya var”.
R.Məmmədov Azərbaycanda bu problemləri yaşayan kişilərin həkimə müraciət etməkdən çəkindiyini vurğulayıb.
"Azərbaycan
da Şərq ölkəsidir və burada Şərq mentaliteti öz təsirini göstərir.
İnsanlarımız bu problemlə bağlı müraciət etməyə çəkinirlər və yaxud da
həkimlə görüşəndə bütün detalları izah etmirlər. Halbuki, hal-hazırda
dərman vasitələri və texnika izn verir ki, biz bütün bu xəstələri normal
şəkildə müalicə edək və sağlamlığına qovuşduraq”.