"Coca-Cola" Vergilər Nazirliyini məhkəməyə verib


"Azərbaycan Coca-Cola Bottlers Limited" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Azərbaycan Vergilər Nazirliyi (VN) yanında Bakı Vergilər Departamentini məhkəməyə verib.
"Report"un məlumatına görə, MMC departamentinin qərarının ləğv olunması, hesablanmış və dövlət büdcəsinə ödənilmiş pulun qaytarılması barədə tələb irəli sürüb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı mümkünsüz hesab edib.
Qərardan narazı qalan "Coca-Cola" apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az