"COP29-a möhtəşəm hazırlıqlar görülür" - Hacıbala Abutalıbov

Bir müddət öncə Bakıya yağan aramsız yağışlar nəticəsində Bakının kanalizasiya sistemi insanların müzakirə və tənqid obyektinə çevrilmişdi. Sözügedən hadisələr zamanı ən çox tənqid və müzakirə olunan şəxs isə Bakının sabiq icra baçısı Hacıbala Abutalıbov idi. Sosial şəbəkə istifadəçiləri sabiq meri sərt tənqid edərək bütün baş verənlərdə onu günahlandırırdı. Manset.az məsələ ilə bağlı Hacıbala Abutalıbov ilə əlaqə saxlayıb.

 

O əvvəlcə Bakının əvvəlki vəziyyəti və COP29-a hazırlıq mərhələsi ilə bağlı danışmaq istəsə də, sonradan müəmmalı şəkildə bundan imtina edib:

 

"Bakımız günü-gündən gözəlləşir. COP29-a möhtəşəm hazırlıqlar görülür. Hətta nəinki Bakıda, ümumən bütün ölkəmizdə COP29-la bağlı təntənəli hazırlıq işləri aparılır. Bakı haqqında isə mən heç nə deməyəcəm” - deyərək Hacıbala Abutalıbov telefonu söndürüb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az