COP29-dan sonra bu nazirlər vəzifədən gedəcək - ADLAR

COP29-dan sonra bu nazirlər vəzifədən gedəcək - ADLAR



Hakimiyyət komandasında dəyişikliklər olacaq. Hökumətdə təmsil olunan 3 nazir vəzifəsi ilə vidalaşacaq. 

Bu barədə Yenisabah.az-a iqtidar komandasındakı mənbədən məlumat verilib. Bildirilib ki, hökumətin tərkibində dəyişikliklər qaçılmazdır. Onun sözlərinə görə, kadr dəyiıiklikləri bu ilin noyabrında keçiriləcək dünya əhəmiyyətli COP29 tədbirindən sonra gerçəkləşəcək. 

"Yeni Sabah" karyerası ilə vidalaşacaq nazirlərin adlarını dəqiqləşdirə bilib. Məlum olub ki, hökumətin 3 nüfuzlu üzvü - Maliyyə naziri Samir Şərifov, Elm və təhsil naziri Emin Əmrullayev və Mədəniyyət naziri Adil Kərimli karyeralarının son günlıərini yaşayırlar. Onlar COP29 tədbirindən dərhal sonra, ən gec 2025-ci ilin əvvəlində tutuduqları vəzifələrdən azad ediləcəklər.  vakansiya

Məlumatlı şəxs hər 3 nazirlə bağlı siyasi qərarın verildiyini bildirib. Qeyd edib ki, bununla bağlı rəsmi məlumat Bakıda keçiriləcək dünya əhəmiyyətli tədnbirdən sonra elan ediləcək. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az