Xorvatiya və Çernoqoriya 2020-ci ilədək Trans-Adriatik qaz kəmərindən (TAP) ayrılacaq yeni qaz kəmərinin tikintisini planlaşdırır.
Bunu "Bloomberg" agentliyinə müsahibəsində hər iki ölkənin iqtisadiyyat nazirləri bildirib.
"Regionun bütün ölkələri TAP-a qoşulmaq istəyir. Bu, həmçinin Çernoqoriyaya gələcəkdə qaz yataqlarında aparacağı kəşfiyyat işlərindən gəlir əldə etməyə imkan verəcək", - deyə Çernoqoriyanın iqtisadiyyat naziri Vladimir Kavariç bildirib.
Xorvatiyanın iqtisadiyyat naziri İvan Vrdolyak isə bildirib ki, hər iki ölkənin "bu layihəyə investorları cəlb etmək üçün siyasi iradəsi var". Onun sözlərinə görə, layihənin dəyəri 754 mln. ABŞ dolları təşkil edir.
"Biz bu layihəyə Bosniya və Herseqovinanın qoşulmasını da istərdik", - deyə xorvatiyalı nazir qeyd edib.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Bu kəmərlə Azərbaycan qazının nəqlinin 2019-cu ildə başlanması nəzərdə tutulur.
Trans-Adriatik qaz kəməri layihəsində səhmdarlar arasında pay bölgüsü aşağıdakı kimidir: BP - 20%, SOCAR - 20%, “Statoil” - 20%, “Fluxys” - 19%, “Enagas” - 16% və “EGL-Axpo” - 5%.(APA)
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev