Daha bir banka yeni rəhbər təyin edildi
Fərhad Adıgözəlov "Azər-Türk Bank" ASC-nin İdarə Heyəti sədrinin səlahiyyətlərinin icraçısı təyin edilib.
Vətəninfo.az "Trend"ə istinadla xəbər verir ki, F.Adıgözəlov daha əvvəl bankın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
Bankdan bildiriblər ki, yeni rəhbər seçilənədək F.Adıgözəlov İdarə Heyəti sədrinin səlahiyyətlərini müvəqqəti icra edəcək.
Bankın
İdarə Heyətinin yeni sədri səhmdarların yığıncağında seçiləcək.
Səhmdarların yığıncağı 2015-ci il iyulun 31-də keçiriləcək.
Qeyd
edək ki, Elmar Məmmədov "Azər-Türk Bank"ın İdarə Heyətinin sədri
vəzifəsini tərk etdikdən sonra bankın rəhbəri vəzifəsi boş qalmışdı.
E.Məmmədov ötən gün "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə
Heyətinin sədri təyin edilib.