Atatürk prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən yol ötürücüsünün alt hissəsində nəqliyyat vasitələrinin parklanma yeri kimi istifadə olunmasının qarşısı alınıb.
Parklanma yeri həm əhaliyə, həm də şəhərin yol-nəqliyyat infrastruktuna təhlükə yaratdığı üçün Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC tərəfindən ləğv edilib. Artıq sözügedən ərazidən park edilmiş nəqliyyat vasitələri tam olaraq çıxarılıb. Avtomobil körpüsünün altındakı giriş hissələrə nəqliyyat vasitələrinin daxil olmasının qarşısı almaq məqsədi ilə beton maneələr qoyulub.
Bu istiqamətdə işlər parkinq üçün hesablanmayaraq inşa edilən bütün avtomobil tunellərinin üzərində, həmçinin yol ötürücülərinin ( avtomobil körpüləri ) alt hissəsində də davam etdiriləcək.
Qeyd edək ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun 52-ci maddəsinə əsasən, dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə (əgər həmin istiqamətdə üçdən az hərəkət zolağı varsa) və onların altında dayanma və durma qadağandır.
Xatırladaq ki, bir müddət bundan öncə böyük məbləğdə dövlət vəsaiti hesabına Bakı şəhərində inşa edilmiş tunellərin üstünün və yolötürücülərin alt hissəsinin parklanma üçün istifadə edilməsinin qadağan edilməsi ilə bağlı Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC tərəfindən aidiyyatı üzrə müraciət olunmuşdu.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?