Daha iki rayona yeni polis rəisləri təyin edildi

Daha iki rayona yeni polis rəisləri təyin edildi
 Azərbaycanın daha iki rayonuna yeni polis rəisləri təyin edilib.

"Report” xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Beyləqan rayon Polis şöbəsinin rəisi, polis polkovniki Füzuli Şixəliyev vəzifəsindən azad olunaraq İmişli rayon Polis şöbəsinin rəisi təyin edilib.
Nazirin digər əmri ilə Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Vüqar Əliyev Oğuz rayon Polis şöbəsinin rəisi təyin olunub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az