
Mukormikoz nədir?
Mukormikoz çox nadir görülən göbələk infeksiyasıdır. Torpaqda, bitkilərdə, nəcisdə və ya çürüyən meyvə və tərəvəzlərdə olan mukor qalığına səbəb olan göbələklə təmas nəticəsində meydana gəlir.
Xəstəliyin simptomlar nələrdir?
Mukormikoz xəstələrində ortaya çıxan simptomlar arasında burun ətrafındakı dərinin qaralması və rənginin dəyişməsi, burundakı qanaxma və ya tıxanma, sinə ağrısı, nəfəs darlığı, qan axıntısı ilə müşahidə olunan öskürmə, gözlərin həddən artıq şişməsi və ya ağrı, bulanıq və ya çəp görmə və son nəticədə isə korluq var.
Həkimlər deyirlər ki, xəstələrin çoxu görmə qabiliyyətini itirməyə başladıqdan sonra geri qayıdır və bu da müalicəni çətinləşdirir.
Xəstəlik yoluxucudurmu?
Xəstəlik yoluxucu deyil. Başqa sözlə, insandan insana və ya heyvandan insana birbaşa yoluxma yoxdur. Ancaq bu küf havadakı və ya ətrafdakı göbələk sporları ilə yayıla bilər.
Xəstəlik simpomtları daha çox kimlərdə rast gəlinir?
Mütəxəssislər qeyd edir ki, xərçəng müalicəsi, diabet (şəkər xəstəliyi ) və ya steroid istifadəsi səbəbi ilə immunitet zəiflədikdə, bu orqanizmlər sürətlə çoxala və infeksiyaya səbəb ola bilər.

Müalicəsi varmı?
Bu xəstəliyin irəli mərhələsində və müalicənin təxirə salındığı hallarda, infeksiyanın beyinə çatmaması üçün göz çıxarılmalıdır.
Bəzi hallarda həkimlərin xəstələrin hər iki gözünü, nadir hallarda çənə sümüyünü çıxartması lazım ola bilər.
Xəstəliyin müalicəsində istifadə olunan yalnız bir dərman var. Bu enjektorun hər dozası 48 dollardır və gündəlik 8 həftə ərzində tətbiq olunmalıdır.
Tərcümə edən: Kamran Xəlilov