"Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz"

"Dağlıq Qarabağ münaqişəsi zonasında son hadisələr sübut etdi ki, münaqişə hərbi yolla həll edilə bilməz. O yalnız siyasi-diplomatik yolla həll edilməlidir”. 

Milli.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan xarici işlər naziri Edvard Nalbadyanla keçirdiyi mətbuat konfransı zamanı bildirib. Lavrov qeyd edib ki, bu gün prioritet məsələ 1994 və 1995-ci illərin sazişlərinə qeyd-şərtsiz əməl edilməsidir: "Onlar müddətsizdir və hər kəs tərəfindən hörmət edilməlidir. Rusiya həmsdərlər üçlüyünün üzvü kimi tərəflərə hərtərəfli yardım göstərmək üçün hər şey edəcək. Hazırki mərhələdə atəşkəs barədə razılaşmanın yerinə yetirilməsi ilə yanaşı 2011-ci ildə təqdim olunan və ATƏT tərəfindən hazırlanan təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi və insidentlərin araşdırılması mexanizmlərinin tətbiqi vacibdir”. 

Qeyd edək ki, Lavrov aprelin 21-də Ermənistana 2 günlük səfər edib. Edvard Nalbadyan və Ermənistan prezidenti Serj Sarkisyanla Lavrovun danışıqlarındakı başlıca mövzu dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi olub.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az