"Dağlıq Qarabağ münaqişəsindən nəticə çıxarılmayıb"


Ukraynanın şərqində baş verənlərlə bağlı Rusiya bəyan edir ki, bu, ukraynalılar arasında baş verən münaqişədir. Lakin bu mövqe cəfəngiyyatdır. 

Miq.az APA-ya istinadən bildirir ki, bunu IV Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Ukrayna regional təhlükəsizliyin dönüş nöqtəsi kimi" mövzusunda paneldə Ukraynanın keçmiş prezidenti Viktor Yuşenko deyib. 
 
Onun sözlərinə görə, insanların beynində belə bir fikir yer alıb ki, niyə Ukraynanın ilhaq olunmuş ərazisində Rusiya ordusu var: "Bu, böyük ordudur. Bir çox Avropa ölkələrinin ordusundan böyükdür. 12 minə yaxın peşəkar Rusiya ordusu, yarım hərbi qruplar Ukraynada müharibə aparır. Ola bilər Ukraynada baş verənlər o miqyasda deyil ki, Avropada sülh yaşayışına təsir göstərsin. Avropada insanlar bunu hiss etmir. Bunun ölçüsünü müəyyən etmək üçün Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Denstryanında olan münaqişələrə baxmaq lazımdır. Bunlar milli münaqişələrdir. Və bu münaqişələrin hamısı Rusiyanın məsələsidir". 
 
V.Yuşenko deyib ki, bu münaqişələrin hamısının bir ssenarisi var: "Bütün münaqişələr əvvəl yaradılır, sonra isə dondurulur. Dağlıq Qarabağ və ya Dnestryanı münaqişələr illərdir uzanır. Bizim və sizin azadlıqlarınız bir-biri ilə bağlıdır. Bütün bu problemləri həll etmək üçün birləşmək lazımdır".

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az