Dağlıq Qarabağı silahlandıran bakılı nazir

Dağlıq Qarabağı silahlandıran bakılı nazir
Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakov vəzifədə olduğu müddətdə iki min ədəddən çox silahı mükafat kimi paylayıb.

İstiPress-in "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, 1964-cü ildə Bakıda anadan olmuş Avkovun həmin silahların yarıdan çoxunu naməlum istiqamətdə  yox edib. "Ukraina.ru” saytının məlumatına görə, indyə kimi 2200 silah paylansa da, Avakov Ukrayna məhkəməsinə yalnız bu silahların mükafat kimi  verildiyi 417 şəxs barədə məlumat təqdim edə bilib. Qalan silahlar isə naməlum istiqamətdə yoxa çıxıb.

"Avakov 1700 pulemyot, avtomat, tüfəng və pistoleti naməlum istiqamətdə yox edib".
Ukrayna Daxili İşlər Nazirliyindən Ukrayna silah sahibləri assosiasiyasına göndərilmiş hesabatda həmin silahların sırasında "Fort-221"  və  "Fort-224" döyüş tüfəngləri, "Hekler-Koh" MR-5K pistolet-pulemyotlar, Kalaşnikov avtomatları, Şpagin pistolet-pulemyotları və "Maksim" pulemyotları yer alır. Yəni ön cəbhədə piyadaların döyüşməsi üçün yararlı olan yetərincə geniş çeşiddə silah rəsmi siyahıdan yoxa çıxıb.



Ukraynadakı Azərbaycan diasporunun rəhbərliyinə yaxın mənbənin ehtimalına görə, 1964-cü ildə Bakıda erməni hərbçi ailəsində doğulmuş Arsen Avakov həmin silahların bir qismini yaxın əlaqədə olduğu Qarabağ seperatçılarına ötürə bilər.  Çünki Arsen Avakov hələ Xarkovun qubernatoru işləyən zaman daima Ermənistanla və Qarabağ seperatçıları ilə əlaqə saxlayıb.

Erməni diasporunun nəşr etdirdiyi "Noev Kovçeq” (Nuhun gəmisi- red.) qəzetində hələ 2009-cu ildə dərc edilmiş məqalədə qeyd edilib ki, Avakov həmişə erməni olması ilə fəxr edib. "Pasportuma görə mən Ukrayna vətəndaşıyam, amma kökümə görə erməniyəm”, - deyən Arsen Avakov həm də həyatı boyu Ermənistana xidmət edəcəyini vurpğulayıb.

Avakovun Ermənistana digər "xidmətini” Ukraynada yaşayan azərbaycanlı iş adamlarının oğurlanması ilə yerinə yetirdiyi güman edilir. Müstəqil ekspertlərin araşdırmasına görə, Arsen Avakovun daxili işlər naziri kimi fəaliyyətə başlamasından sonra 20-yə yaxın azərbaycanlı iş adamı oğurlanıb. Həmçinin tanınmış azərbaycanlılara və onların  uşaqlarına qarşı hücumlar təşkil edilib. Buna görə də Avakovun vəzifəsindən istifadə edərək  Dağlıq Qarabağ seperatçılarına silah ötürməsi də ağlabatandır. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az