“Daşnaksütyun” Xocalının kəndindəki ermənilər üçün məktəb təmir etdirməyə başladı...-FOTOLAR

“Daşnaksütyun” Xocalının kəndindəki ermənilər üçün məktəb təmir etdirməyə başladı...-FOTOLAR

1992-1993-cü illərdə Azərbaycanın yeni yaranan ordusu Pirlər kəndi uğrunda bir çox döyüşlər aparıb, şəhidlər verib... 
 
XIX əsrin sonlarından bəri  Türkiyə və Azərbaycana qarşı bir sıra terror, soyqırımı və işğal aktlarının əsas ideoloq və icraçılarından olan terrorçu "Daşnaksütyun”  partiyasının Avropa şöbəsi və Belçikanın "Artsaxla frankofoniya dostluq qrupu”nun təşəbbüsü ilə  Xocalı rayonunun  "Xramort” adlandırılmış Pirlər kəndindəki orta məktəbin təmiri üçün lazımi vəsait ayrılıb. 
 

Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.  
"Maddi yardım sayəsində məktəbdə xarici və daxili fasad üzləmə işləri aparılacaq, yeni sanitar qovşaq  və yaxşı təchiz olunmuş müasir yeməxana tikiləcək, sinif otaqları təmir ediləcək və müasirləşdiriləcək, yeni istilik sistemi quraşdırılacaq” – məlumatda belə deyilir...
 

Zəruri arayış:
 
Pirlər (Xramort) — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənddir. Dağətəyi ərazidədir. 1993-cü ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub.  
 
2005-ci ildə Dağlıq Qarabağda keçirilmiş əhalinin siyahıyaalmasına əsasən Pirlər kəndində  403 nəfər erməni yaşayıb. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Pirlər kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçib.
 

Kəndin əvvəlki adı Xramort olub. Azərbaycan hökumətinin 5 oktyabr 1999-cu il tarixli qərarıyla kəndin tarixi adı bərpa edilərək Pirlər adlandırılıb.
 
1992-1993-cü illərdə Azərbaycanın yeni yaranan ordusu Pirlər kəndi uğrunda bir çox döyüşlər aparıb, şəhidlər verib... 
 
Sultan Laçın
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az