Dəhşətli yol qəzası - 2 ölü, 4 yaralı -Foto
Tərtər rayonunda dəhşətli yol qəzasında ölən və yaralananların kimliyi məlum olub.
Tərətər rayon Polis şöbəsindən verilən xəbərə görə, hadisə Sarıcalı kəndi ərazisində qeydə alınıb. Fakta əsasən "Mercedes" markalı minik avtomobili ilə "VAZ 21099" markalı avtomobilin toqquşması nəticəsində baş verib. Nəticədə iki nəfər ölüb dörd nəfər xəsarət alıb. Xəsarət alanlar Abşeron rayon Masazır qəsəbə sakini 1974-cü iç təvəllüdlü Qurbanov Nofəl Səttar oğlu, Onun həyat yoldaşı 1981-ci il təvəllüdlü Qurbanova Mənsurə Kazım qızı, Tərtər raynunda qeydiyyatda olan 2000-ci il təvəllüdlü Baxşalıyev Elşən Qardaşxan oğlu və 1970-ci il təvəllüdlü Tərtər rayon Sarov kənd sakini 1970-ci il təvəllüdlü Kazımov İsa Sabir oğlu müxtəli dərəcəki bədən xəsarətləri alıblar. Ölənlərin adları hələlik məlum deyil.
Hadisəylə bagli Tərtər rayon Polis Şöbəsi araşdırma aparır.
Miq.az