“Deka Bank” firmadan 114 min manat tələb edir

“Deka Bank” firmadan 114 min manat tələb edir

Azərbaycanda bankın firma ilə məhkəmə mübahisəsi gedir.

“Vətəninfo.az”ın məlumatına görə, “Deka-Bank” kommersiya bankı ASC “Ülviyyə-89” firmasını məhkəməyə verib. Məhkəmə iddiasında kredit müqaviləsinə xitam verilməsi və 114.756 manat borcun əmlaka yönəldilməsi tələbi irəli sürülüb.
Sumqayıt yerli İqtisad Məhkəməsi iddianı qismən təmin edib. Sumqayıt Apellyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb. İşə hazırda Ali Məhkəmədə baxılır.
Qeyd edək ki, “Deka Bank” Azərbaycanda ilk özəl bank olaraq 1989-ci ildə kooperativ bank kimi fəaliyyətə başlayıb.

Femida.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az