Delimitasiya prosesində 8 kənd Azərbaycana QAYTARILMALIDIR

Delimitasiya prosesində 8 kənd Azərbaycana QAYTARILMALIDIR

"Ermənistanla delimitasiya prosesində 8 Azərbaycan kəndi qaytarılmalıdır. Bu kəndlərdə azərbaycanlılar yaşayıb və həmin kəndlərin qaytarılması həyata keçirilməlidir”.
Bunu Xarici İşlər Nazirliyində ilin yekunların dair keçirilən mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib.

Nazir qeyd edib ki, 30 ildir ölkələr arasında sərhədlər müəyyənləşməyib:

"Çünki bu illər ərzində Azərbaycan torpaqları Ermənistanın işğalı altında olub. 44 günlük müharibə nəticəsində Azərbaycan ərazi bütövlüyünü, öz sərhədlərinə nəzarəti bərpa edib. Bütün hüquqi sənədlər mütəxəssislər tərəfindən araşdırılaraq delimitasiya prosesi davam etdirilməlidir. Ermənistan delimitasiya olunmamış sərhədlərdə təxribatlardan çəkinməlidir".

Xarici işlər naziri Ceyhun Bayramov bu gün ilin yekunların dair keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistanla delimitasiya prosesində işğal altındakı 8 kənd Azərbaycana qaytarılmalıdır.

"Bu kəndlərdə azərbaycanlılar yaşayıb və həmin kəndlərin qaytarılması həyata keçirilməlidir”.
 
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev də dekabrın 23-də Fransa Prezidenti Emmanuel Makronla telefon danışığında Ermənistanın Azərbaycana məxsus 8 kəndi hələ də işğal altında saxladığını bildirmişdi.

Modern.az saytı haqqında bəhs edilən həmin kəndlərin siyahısını diqqətə çatdırır. Bunlar Naxçıvanın Sədərək rayonunun Kərki və Qazaxın Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli kəndləridir. 

 




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az