Dəmiryol Vağzalının ətrafındakı 30-dan çox obyekt söküləcək - VİDEO

Dəmiryol Vağzalının ətrafındakı 30-dan çox obyekt söküləcək - VİDEO

Əsaslı təmirlə əlaqədar Bakı Dəmiryol Vağzalının ətrafındakı 30-dan çox obyekt söküləcək. Artıq ərazidə işləyən sahibkarlara dükanlarını boşaltmaları barədə xəbərdarlıq da edilib. Təmir işlərinin 4-5 ay çəkəcəyi gözlənilir. Elə sahibkarları da bu müddət ərzində harada işləyəcəkləri narahat edir.

Məsələ ilə bağlı "Azərbaycan Dəmiryolları" Qapalı Səhmdar Cəmiyyətindən bildirilir ki, ərazidə fəaliyyət göstərən 30 obyektdən cəmi 5-i qanuni şəkildə özəlləşdirilib. Qalanları isə hələ 90-cı illərdə qanunsuz yolla müxtəlif şəxslər tərəfindən zəbt edilərək icarəyə verilib. Ərazidə yeni obyektlər tikildikdən sonra isə cəmi 5 sahibkara öz yerləri veriləcək. Digərləri isə dövlət əmlakını icarəyə götürərək işləyə biləcəklər. Elə dəyişiklikdən narazı olanlar da gələcəkdə icarədar kimi fəaliyyət göstərəcək sahibkarlardır.

Tikinti-təmir işlərinin davam edəcəyi müddətdə sahibklarlara hər hansı kompensasiyanın verilib-verilməyəcəyi məsələsi isə açıq qalır.

"Azərbaycan Dəmiryolları" Qapalı Səhmdar Cəmiyyətindən bildirilir ki, yeni obyektlərlə bağlı narazılığı olan sahibkarlar onlara müraciət edə bilərlər.

Miq.Az xəzərxəbər-ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
[video=http:// ]
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az