Demokratik Azərbaycan Dünyası Partiyası Xocalı şəhidlərini andı
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) təşgilatçılığı ilə "PARK İNN" hotelinin "DAN ULDUZU" zalında Xocalı qətliyamın 24-cü ildönümünə həsr olunmuş "XOCALI ..24 İL" adlı Anım gecəsi keçirilib.
Gecədə Azərbaycanın tanınmış simaları, görkəmli elm və mədəniyyət xadimləri, respubilkamızda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin nümayəndələri, Millət vəkilləri və jurnalistlər
iştirak ediblər.
Əlisahib Hüseynov Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Müharibə əlili və ehtiyatda olan zabitdir. Bi neçə ildir "Demokratik Azərbaycan Dünyası Partiyası"na rəhbərlik edir. Əlisahib Hüseynov xeyirxah bir insandır.Ətrafına özü kimi işgüzar insanları toplayıb.
Bu Partiyanın fəalları həmişə olduğu kimi, bu il də Xocalı soyqırımının qurbanlarını çox böyük hörmət və ehtiramla andılar. Fevralın 24-də Bakıda, "Park İNN" otelinin "Ulduz" zalında təşkil edilən "Xocalı...24 il"adlı anım mərasimini "DADP"-nin aparat rəhbəri, tanınmış jurnalist Bəybala Mirzəyev açdı.Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Partiyanın sədri, Qarabağ qazisi, ehtiyatda olan zabit Əlisahib Hüseynov Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olanların ailə üzvlərinə başsağlığı verdi.O, hamını bir millət və xalq olaraq, dədə-baba torpaqlarımızı düşmən tapdağından azad etməyə səslədi.
Əlisahib müəllim qeyd etdi ki, 24 il keçsə də sanki dünən baş verib o dəhşətli soyqırım...
"Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin sədri, "Ana harayı"qəzetinin baş redaktoru, "Tərəqqi"medalının mükafatçısı, müharibə veteranı Şamil Sabiroğlu Xocalı soyqırımının şahidlərindən biri kimi erməni terrorçularının və onların havadarlarının törətdikləri vəhşiliklərdən danışdı. O, qeyd etdi ki, Xocalı soyqırımının baş verməsində Rusiya amilini və Azərbaycanın o zamankı siyasi rəhbərliyinin səriştəsizliyini, vəzifə səhlənkarlığını da unutmaq olmaz.Şamil müəllim, o zaman işlədiyi və 2 milyon tirajla nəşr edilən "Səhər" qəzeti vasitəsilə bu dəhşətli xəbəri ölkə ictimaiyyətinə çatdırdığını qeyd etdi.
Azərbaycan Dillər Universitetinin Professoru Məhəmməd Teymurlu, Azərbaycan Dövlət İncəsənət Universitetinin müəllimi, bədii qiraət ustası Ağalar Bayramov, Qarabağ qaziləri-Habil Şirinov, Zahid Qarayev, şairə Sənəm Səbayel, "Odlar Yurdu"Universitetinin magistri Günay İmanova və başqaları Azərbaycan xalqının düşmənlərdən qisası almalarının vaxtının çoxdan çatdığını qeyd etdilər.
Tədbirdə Azərbaycanın Xalq artisi Alim Qasımov və Azərbaycan Gənc Tamaşaçılar Teatrının aktyoru Vahid Orucoğlunun rəhbərliyi altında hazırlanan və soyqırım qurbanlarına həsr edilən "Qanın rəngi-Xocalı..." adlı ədəbi-bədii kompozisiya nümayiş olundu.
Miq.az