Dialoq mövzusu yenidən gündəmə gəldi

Dialoq mövzusu yenidən gündəmə gəldi

“Bu gün Azərbaycan cəmiyyətində dialoq mədəniyyətinin formalaşmasına ciddi ehtiyac var. Dialoq mədəniyyəti olmayan cəmiyyətdə kataklizmlər qaçılmaz olur”.

“Vətəninfo.az”-nun məlumatına görə, bu fikirlər bu gün “Jurnalistlər ekstremal şəraitdə” İctimai Birliyinin  “İctimai həyatın aktual gündəmi: dialoq” mövzusunda  təşkil etdiyi konfransda səslənib.Tədbirdə çıxış edən təşkilatın sədiri Firuzə Əsədullayeva bildirdi ki,Son vaxtlar cəmiyyətdə  Vətəndaş Cəmiyyəti institutları ilə iqtidar arasında dialoq qurulması məsələsi aktual şəkildə müzakirə edilir.  Son 20 ildə dialoq məsələsi ictimai rəydə dövr etsə də gerçəktə söz olmaqdan o yana keçməyib. Ayrı-ayrı beynəlxalq qurumlar dialoq adı ilə tədbirlər keçirsə də bu tədbirlər yalnız tərəflərin görüşü adlandırıla bilər. Amma heç bir halda tərəflərin qarşılıqlı dialoqu kimi xarakterizə oluna bilməz.
Bu ilin  aprel ayından etibarən dialoq məsələsi yenidən gündəmə gəlib. Azərbaycan cəmiyyətinin sözün böyük mənasında dialoqa ciddi ehtiyacı var. Demək olar ki, istər ictimai sahədə, istər siyası sahədə ictimaiyyətin iştirakı ilə  dialoq qurulmayıb. Burada həm iqtidarın, həm də vətəndaş cəmiyyəti institutlarının məsuliyyəti var. Cəmiyyətdə anlaşmanın yaranması, qorunub saxlanması üçün belə dialoqa zərurət duyulur.
Bu dialoq   cəmiyyətin ən ağrılı problemlərindən tutmuş gündəlik qayğılarına kimi bütün spektrı əhatə etməlidir. Bu sadəcə istək deyil. Cəmiyyətin inkişafı,  müasir dünyanın istədiyi şəklə düşməsi bu dialoq prosesindən keçir.  İstər iqtidar, istər vətəndaş  cəmiyyəti  institutları   dialoq qurmayanda bir-biri ilə  münasibət müvazinətini itirir. Dialoq cəmiyyətin sabitliyni, problemlərin daha asan  həlli yolları nın tapılması təmin edir.
"Hələlik ölkədə belə bir dialoq ovqatının olmasından danışmaq bir qədər tez görünür. Amma, bu dialoqun işartıları da var. Prezident administrasiyası ictimai-siyasi şöbəsinin son addımları belə deməyə əsas verir. QHT-lərin cəmiyyətin inkişafında rol və yerinin inkişafı ilə bağlı keçirilən görüşlər bunun təsdiqi sayıla bilər.
Təqdim etdiyimiz bu layihə isə iqtidar və vətəndaş cəmiyyəri institutları arasında dialoqun müntəzəm xarakterinin olmasının təmin edilməsinə hesablanıb.
Vətəndaş cəmiyyəti institutları cəmiyyətin ən müxtəlif səpkili problemlırini aşkara çıxarır, problemin mahiyyətini həm cəmiyyətə həm də ölkənin idarəedici qüvvəsi iütidara da açıqlayır. Bundan sonra rəsmi dairələr problemin aradan qaldırılması məsələsinə baş vurur.

Dialoqda tərəf olaraq iqtidar və vətəndaş cəmiyyəti institutu olsa da bu dialoqun müsbət nəticə ilə başa çatmasında bütün cəmiyyət maraqlı olur. Cünki  hər aradan qaldırılan problem cəmiyyətin çiyinlərindən qaldırılan yükdür". Dialoq  təkcə iqtidala müxalifət arasılnda deyil, eyni zamanda  QHT-lər arasında da olmalıdır.Bu sözləri isə Zərdüş Əlizadə qeyd edib. Politoloq bildirib ki, dialoq üçün ənənə və qanuni baza olmalıdır ki, tərəflərin həyata keçirdiyi dialoq nəticə ilə bitsin. Professor Rafq Əliyev icə hesab edir ki, cəmiyyət problemləri dialoq yolu ilə həll etmədikdə həmin cəmiyətə uçuruma yuvaralana bilər  və bu da öz növbəsində ciddi fəsadlar yaradar.


Hüquq müdafiəçisi Səadət Bənənyarlı isə hesab edir ki, baş tutan dialoqun real nəticələri olmalıdır, əks təqdirdə belə dialoqların mahiyyəti itir və cəmiyyət tərəfindən  qeyri-ciddi  qəbul olunur və davamlı olmur.

Ekspert Tofiq Türkel  isə bildirib ki,  bu gün ölkədə mütəmadi dialoqun reallaşmasından danışmaq tez olsa da, amma bunun işartıları görünməkdədir. T.Türkelin sözlərinə görə, Prezident Administrasiyasının bu istiqamətdəki fəaliyyəti buna əsas verir.

“Məhz PA ictimai-siyasi şöbənin QHT-lərin cəmiyyətdə inkişafının rolunun inkişafı ilə  bağlı keçirdiyi görüşlər  bunun bariz nümunəsidir.  Hesab edirik ki, bu addım dialoqun müntəzəm xarakterliliyini təmin edəcək və bu dialoqlar nəticəli olacaq”-deyə, o bildirib.

Qeyd edək ki, “Jurnalistlər Ekstremal Şəraitdə” İctimai Birliyinin  “Ictimai həyatın
aktual gündəmi: dialoq ” layihəsi  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi     Şurasının dəstəyi ilə  2 ay müddətində Bakı şəhərində həyata keçirilməsi
  nəzərdə tutulub.

Layihə çərçivəsində 2 dəyimi masa keçiriləcək.   Tədbirlərəə iqtisadi ekspertlər Vətəndaş cəmiyyəti institutları və rəsmi qurumların təmsilçliəri dəvət ediləcək.
 
layihənin yekunu olaraq, ölkə və ya internet  TV-lərin birində (Obyektiv imternet TV) ünvanlı sosial yardımlar    sahəsindəki problemlərə dair  aidiyyatı  rəsmi qurumlarla vətəndaş cəmiyyəti institutları arasında dialoq    hazırlanaraq yayımlanacaq.   

Bu günkü tədbir “Vətəndaş cəmiyyətləri ilə iqtidar arasında dialoqun səviyyəsi”   mövzusunda keçirilir   və dialoq formatında aparılır.

"Vətəninfo.az"



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az