Dilqəmin oğlu Polad Bülbüloğlundan tələb edir: “Mənə də şərait yarat…”

Dilqəmin oğlu Polad Bülbüloğlundan tələb edir: “Mənə də şərait yarat…”

Məlum olduğu kimi hazırda Moskvada yaşayan erməni Yuri Sarkisova Bakıda anasının məzarını ziyarət etməyə icazə verilib. 73 yaşlı Sarkisov buna görə, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna minnətdarlığını bildirib.

Qeyd edək ki, erməni qoca Bakıda yüksək münasibətlə qarşılaşıb. Hətta anasının məzarını ziyarət edərkən qəbrin üzərinə güllərin düzüldüyünü görüb.

Öz əzizlərinin – anasının məzarını ziyarət etmək üçün Kəlbəcərə gedən Dilqəm Əsgərov isə bu gün erməni girovluğundadır, üstəlik də, ömürlük həbsə məhkum edilib.

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Moderator.az-a açıqlamasında P.Bülbüloğluna üz tutaraq atası ilə görüşə dəstək olmasını istəyib:

"Polad Bülbüloğlu, şərait yarat, mən də atamı ziyarətə gedim. 2 il 6 aydı atamın səsini eşitmirəm. Necə olur, erməni Bakıya əlini-qolunu sallaya-sallaya gələ bilir. Hətta burda keflə qarşılanır, yola salınır, atam isə oz anasının, doğmalarının qəbrini ziyarətə getdiyinə görə girov götürülərək vəhşicəsinə işgəncələrə məruz qalır. Ömürlük həbs verilir. Budurmu, insanlıq, humanizm?”.

 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az