Din xadimləri əmək haqqı alacaqlar

Din xadimləri əmək haqqı alacaqlar
Azərbaycanda gələn ilin fevral ayından Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsi ilə məscidlərdə çalışan din xadimləri rəsmən əmək haqqı alacaqlar.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
O qeyd edib ki, hazırda bu əmək haqqının məbləği və kimlərə verilməsi məsələsi müzakirə olunur: "Ən əsası odur ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidlərə təyin olunmuş imamlar, naimlər, mütəvəlilər və bu kimi vəzifə daşıyan şəxslər idarənin öz təqdimatı ilə əmək haqqı alacaqlar. Bunun ictimai-siyasi əhəmiyyəti var, bu, lazımdır”.
Komitə sədri bildirib ki, bu yaxınlarda Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, himayəçilər şurası və eyni zamanda heyəti açıqlanacaq: "Yanvar ayının sonuna bu proses tamamlanacaq. Bundan sonra fondun tam şəkildə fəaliyyəti üçün hüquqi əsas yaranacaq və fonda maliyyə vəsaiti ayrılacaq. Hesab edirəm ki, ən geci din xadimlərinə fevral ayından əmək haqlarının verilməsinə başlanıla bilər”. (apa)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az