Dini konfessiya rəhbərlərinin Şuşaya səfəri başa çatıb

Dini konfessiya rəhbərlərinin Şuşaya səfəri başa çatıb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədəki dini konfessiya rəhbərlərinin Şuşaya səfəri başa çatıb.

Dünən səfər iştirakçıları Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər.

Ziyarətdən sonra A. Paşazadə məscidə Quran kitabı hədiyyə edib.

QMİ sədri kitabı Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimova təqdim edib.

Daha sonra Allahşükür Paşazadə jurnalistlər üçün brifinq keçirib.

Bununla da QMİ sədri və ölkədəki dini konfessiya rəhbərlərinin Şuşaya səfəri yekunlaşıb.

Qeyd edək ki, iyulun 10-11-də baş tutan səfərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban udi dini icmasının rəhbəri Robert Mobili, Pravoslav kilsəsinin nümayəndələri və Milli Məclisin deputatları iştirak ediblər.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az