| Bu gün Binəqədi Rayon Məhkəməsində Vüsal Süleymanlının məhkəmə prosesi keçirilib. |
| Hakim Bəylər Ələkbərovun sədrliyi ilə keçirilən məhkəmə prosesi tez bitsə də uzun çağırışlardan sonra cavadeh tərəfin ilk gəlişiydi. Prosesdə iddiaçı V.Süleymanovun hüquqlarını təmsil edən hüquqşünas Ruzbek Məhəmmədli, Təhsil Nazirliyinin nümayəndəsi Dilarə Quliyeva və cavabdeh tərəf qismində Azər Mustafayev çıxış ediblər. Məhkəmə prosesi zamanı məlum olub ki, cavabdeh tərəf qismində çıxış edən A.Mustafayev məhkəməyə hazırlıqsız gəlib. Hakim isə öz növbəsində məhkəmənin hazırlıq iclasının keçirildiyi haqda cavabdeh tərəfə məlumat göndərdiklərini bəyan edib. Hakim bildirib ki, məhkəmənin baxış iclasından xəbəri olmayan tərəflər üçün 15 gün müddətinə yenidən hazırlıq iclası keçirilməsi təklifi var. A.Mustafayev hazırlıq iclasından xəbərsiz olduğunu bildirib. Hakim məhkəmənin təxirə salınması üçün tərəflərə razılıq əldə olunmasını təklif edib. Tərəflər razılıq əldə edəndən sonra məhkəmə iclası təxirə salınıb. Qeyd edək ki, növbəti məhkəmə prosesi 7 sentyabr saat 17:00-da keçiriləcək. Xatırladaq ki, Vüsal Süleymanlı "Anadolu təhsil kurs dəstək” adlı şirkət tərəfindən aldadıldığını iddia edib. Məlum şirkət tərəfindən Türkiyənin Anadolu Universitetinə daxil olan V.Süleymanlının diplomunu Azərbaycan Respublikasının Təhsil Nazirliyi tanımadığını bildirib. Nazirlik belə bir təhsilin qanunsuz olduğunu qeyd edib. |
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT