DİQQƏT: Bakıda plastik düyü satılır - VİDEO

DİQQƏT: Bakıda plastik düyü satılır - VİDEO

Bakıda daha bir mağazada saxta məhsulun satıldığı aşkar olunub.

Miq.Az xəbər verir ki, bu barədə Nurlan Məmmədov Minval.info saytına məlumat verib.

O, plastik düyünü Binəqədi rayonunun 8-ci mkr ərazisində Süleyman Sani Axundov küçəsində fəaliyyət göstərən mağazalardan birindən aldığını bildirib.

"Evdə aş bişirmişdilər, dadı nəsə xoşuma gəlmədi. Plastik düyü olduğundan şübhələndim. "Yutub”da bununla bağlı test video görmüşdüm. Mən də düyüdən bir qaşıq tavaya qoyub peçin üzərində qızdırdım. Düyü dənələri istilikdən əriməyə başladı” – Nurlan bəy deyib.

Paytaxt sakini hamını mağazadan mal alarkən diqqətli olmağa çağırıb. O, müvafiq dövlət qurumlardan bununla bağlı ciddi addımların atılmasını xahiş edib.

Kiçik araşdırmamız zamanı məlum olub ki, məhsul "Aliimdad” firmasına məxsusdur.

Xatırladaq ki, mağazalardan saxta düyü ilə yanaşı, belə yumurtaların da satıldığı bildirilir.
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az