Diqqətli olun: Bakıda “koronavirus qoruyucuları” peyda olub

Diqqətli olun: Bakıda “koronavirus qoruyucuları” peyda olub

Evləri dezinfeksiya etmək adı ilə ortaya çıxan şəxslər kimlərdir?

Hər tərəfdə koronavirus narahatlıqları yaşandığı vaxtda başqa bir müəmma ortaya çıxıb. AYNA-ya müraciət edən bir qrup vətəndaş şikayətlənib ki, evlərə dezinfeksiya xidməti təklif edən şəxslər gəlir. Fürsətçi kimi görünən həmin şəxslər evlərin qapısını döyür, sakinlərə 3-5 manat qarşılığında xidmət göstərməyi təklif edirlər.

Ən maraqlısı orasıdır ki, razı salınan sakinlərə pul qarşılığında xüsusi qəbzlər də verilir. Amma dezinfeksiya üçün hansısa zamanla bağlı suallara cavab verməyən o insanlar az sonra yoxa çıxırlar. Həmin şəxslər sakinlərdən əlaqə telefonları götürüb, guya onlara dezinfeksiya üçün münasib zaman barədə məlumat verəcəklərini bildirirlər.

Bu arada, vətəndaşlar arasında belə fürsətçilərdən ehtiyatlı olmaqla bağlı səs yazıları da yayılıb. Orada insanlara həmin "dezinfeksiyaçıxlara” inanmamaq xəbərdarlığı edilir.

Bakı Şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elşad Hacıyev AYNA-ya açıqlamasında, yuxarıda qeyd olunan məsələ barədə xəbərlər eşitdiklərini deyib: "Biz bəyan edirik ki, sosial şəbəkələrdə koronavirusdan qorunmaq üçün kimlərinsə vətəndaşları narahat etməsi ilə bağlı söz-söhbət yayılsa da, hələlik hüquq-mühafizə orqanlarının paytaxt üzrə bölmələrinə hər hansı rəsmi müraciət daxil olmayıb”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az