Dollar referendumdan sonra da ŞOK YARADACAQ - BÖHRAN

Dollar referendumdan sonra da ŞOK YARADACAQ - BÖHRAN
"Ümumiyyətlə, hökumət tərəfindən seçki dövrlərində sosial baxımdan zərərverici addımlar atılmır”.

Bunu açıqlamasında iqtisadçı Samir Əliyev deyib.

Onun sözlərinə görə, ölkədə dollara olan tələb təklifdən daha çoxdur: "Tələb təklifdən çoxdursa, bu sonda dolların bahalaşmasına gətirib çıxara bilər. İndi dolların bahalaşmasını müşahidə edirik. Bahalaşma prosesi iyundan başlayıb”.

Ekspert bildirib ki, referendum sonrası devalvasiyanın olacağı real görünür. "Bu hökumətin davranışından asılı olacaq. Hazırda yumşaq devalvasiya prosesi gedir. Bütün proseslər kəskin devalvasiyanı labüd edir. Ola bilsin ki, əvvəlki kimi kəskin devalvasiya olmasın. Hesab edirəm ki, manatı belə saxlamaq çətin olacaq. Referendumdan sonra dolların məzənnəsində kəskin bahalaşma qaçılmaz olacaq”, - deyə ekspert vurğulayıb.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az