Həftə sonu dollar satışını dayandıran valyuta məntəqələrinin çoxu öz fəaliyyətini bərpa edib.
Vətəninfo.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, məntəqələr fəaliyyətə başlasalar da, heç də hamısı dollar satışını həyata keçirmir.
Pullarını dollara dəyişmək istəyən vətəndaşların bəziləri hələ də valyutadəyişmə məntəqələrində kifayət qədər vəsaitin olmadığını deyirlər. Satıcılar isə dollar satışının günün ikinci yarısından etibarən genişləndiriliəcəyini bildirirlər.
Bəzi valyuta mübadilə məntəqələri isə hələ də fəaliyyətini bərpa etməyib.
Bağlı mübadilə şöbələrindən biri
Digər diqqət çəkən bir məqam isə bu gün dollar satışının daha da bahalaşmasıdır. Belə ki, valyutadəyişmə məntəqələri həftə sonu dolları 1.05 manatdan dəyişirdilərsə, bu gün satış qiymətlər artaraq 1.055, 1.060 manat arasında dəyişir. Mərkəzi Bankın məlumatında isə 1 dollar 1.0470 manat dəyərində müəyyən olunub.
Ötən həftənin sonu paytaxtdakı valyutadəyişmə məntəqələri dollar satmaqdan imtina etmişdi. Mərkəzi Bank isə bunun qeyr-qanuni olduğunu bəyan edib.
Sayta verilən məlumatda qeyd olunur ki, həm nağd, həm də qeyri -nağd valyuta üzrə bankların tələbatı tam təmin olunub və yeni ehtiyacların ödənilməsi üçün də kifayət qədər valyuta ehtiyatı var.


Mübadilə şöbələrində satış qiymətləri
Ancaq əhali arasında pulunu manata çevirənlər də müşahidə edilir. Manat alanlardan bəziləri bunu manatın məzənnəsində nisbətən bahalaşmasının qeydə alınması ilə izah edirlər.
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT