"Donbas işğaldan azad ediləcək!" - Zelenski


Ukrayna prezidenti Vladimir Zelenski Donbasın heç vaxt Rusiya ərazisi olmayacağını və işğaldan azad olacağını bildirib. 

Miq.Az xəbər verir ki, o, bu barədə "Dom TV"-yə verdiyi müsahibədə qeyd edib. 

Donbasın heç vaxt rus torpağı olmayacağını vurğulayan Zelenski, orada yaşayan insanlara səslənərək bu sözləri deyib:

"Əgər Rusiyanı sevirsinizsə və ömrü boyu yaşadığınız Ukrayna torpağını Rusiya hesab edirsinizsə, uşaqlarınız və nəvələriniz üçün Rusiyaya  gedib, yer axtarmalısınız". 

Bununla yanaşı, Ukraynasız Donbasda bir mədəniyyət olmayacağını ifadə edən Zelenski:

"Donbasın Ukrayna torpağı olduğunu bilirsinizsə, Ukrayna bayrağına və dilinə hörmət edin və gözləyin!  Donbas işğaldan azad olacaq!",- deyə ifadə edib. 

Ukrayna rəhbəri  son olaraq, "Almaniyadakı divarın dağıldığı kimi Donbas da azad ediləcək" şərhi ilə sözünü bitirib. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az