Donetskdə avtomobil partladıldı, Putin nazirə təcili tapşırıq verdi

Donetskdə avtomobil partladıldı, Putin nazirə təcili tapşırıq verdi

Donetskdə "hökumət evi”nin yaxınlığındakı dayanacaqda avtomobil partlayıb.

Axar.az xəbər verir ki, bu barədə Donetsk xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, partlayışın səsi bütün şəhərdə eşidilib. Separatçıların "FHN” rəhbəri hadisə yerinə gələrək, insanları təşvişə düşməməyə çağırıb.

İlkin məlumata görə, avtomobilin sahibi xəsarət almayıb.

Rusiya Prezidenti Vladimir Putin fövqəladə hallar naziri vəzifəsini icra edən Aleksandr Çupriyana Donbasdan olan qaçqınların qəbulunu təşkil etmək üçün təcili olaraq Rostov vilayətinə uçmağı tapşırıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az