DTX-nin təcridxana rəisi işdən çıxarıldı

DTX-nin  təcridxana rəisi işdən çıxarıldı
Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasının rəisi işdən çıxarılıb

Mayor Zaur Məmmədov ötən həftə işdən azad edilib 

 Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasının  rəisi işdən çıxarılıb.
 
Lent.az-ın məlumatına görə, təcridxananın rəisi, mayor Zaur Məmmədov ötən həftə tutduğu vəzifədən azad edilib.
 
Qeyd edək ki, ötən ilin sonlarında Milli Təhlükəsizlik Nazirliyinin bir sıra yüksək rütbəli şəxsləri həbs edilmiş, daha sonra isə nazirlik ləğv edilərək əvəzində Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılmışdı.
 
Penitensiar Xidmətin rəisi Mədət Quliyev DTX-nın, Orxan Sultanov isə XKX-nin rəisi təyin edilib. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az