Dünənki təxribatda İrəvanın iki məqsədi vardı - Ekspert

Dünənki təxribatda İrəvanın iki məqsədi vardı - Ekspert
Ermənistan Azərbaycan-Ermənistan sərhəddində təxribatlar törətməklə iki əsas məqsəd güdürdü.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Laçın istiqamətində ermənilərin dünənki təxribatı haqda danışarkən bildirib.

"Məqsədlərinin biri İranı bu münaqişəyə cəlb etmək idi. İkincisi isə keçən ayın sonunda Ermənistanın Qarabağa daşınmaları həyata keçirdiyi əsas və köməkçi yollardan heç olmasa birini öz nəzarətinə götürməkdir. Lakin bu niyyətlərin heç biri baş tutmadı. Azərbaycan Ordusu Ermənistan tərəfinin təxribatlarına layiqli cavab verərək, onları geri çəkilməyə məcbur etdi”, - Verdiyev qeyd edib.

Ekspert vurğulayıb ki, Ermənistana son təlimatın İranın Təhlükəsizlik Şurasının katibi ilə görüşdə verildiyi də istisna edilmir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az