Dünyanın ən çox qazanan aktrisaları
Amerikanın "Forbes” jurnalının
reytinqinə əsasən, bu il dünyanın ən çox qazanan aktrisası "Aclıq
oyunları”nın ulduzu 25 yaşlı Cennifer Lourens olub.
Vətəninfo.az xəbər verir ki, Trend-in Lenta.ru
saytına istinadən verdiyi məlumata əsasən, aktrisa il ərzində 52 milyon
dollar qazanıb.
İkinci yerdə 35,5 milyon dollarla Skarlett Yohansson, üçüncü yerdə
"Casus” filminin qəhrəmanı Melissa Makkarti (23 milyon dollar) olub.
Siyahıda ABŞ-dan olmayan yeganə aktrisa çinli Binbin Fan olub. O, 21 milyon dollarla dördüncü yerdə qərarlaşıb.
Beşinci yerdə Ceniffer Eniston (16,5 milyon dollar), altıncı yerdə
Culiya Roberts (16 milyon dollar) gəlib. Yeddinci yeri aktrisa və
rejissor Ancelina Coli ilə aktrisa Riz Uizerspun bölüşüb – hər biri 15
milyon dollar qazanıb.
Ötən ilin reytinq lideri Sandra Bullok bu mövsüm 8 milyon qazanaraq səkkizinci yerdə qərarlaşıb.